İranın cənubunda təyyarə qəzası – Ölən var

2017/11/1496827194345345_1510389928.jpg
Oxunub: 801     16:44     11 Noyabr 2017    
Bu gün İran İnqilab keşikçiləri Ordusu Hərbi Hava Qüvvələrinin “Su-22” hərbi təyyarəsi qəzaya uğrayıb.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İnqilab keşikçiləri Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“İran İnqilab keşikçiləri Ordusu Hərbi Hava Qüvvələrinin Su-22 hərbi təyyarəsi səhər saat 8-də Fars əlyalətində təlimlər zamanı yerə düşüb. Pilot yerindəcə vəfat edib”, - deyə məlumatda qeyd edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qəza   Təyyarə  


Bizi "telegram"da izləyin