Amerikalı komandir: “Səudiyyəyə atılan ballistik raketdə İran izləri görünür”

2017/11/1485101850234234_1510386534.jpg
Oxunub: 1621     15:49     11 Noyabr 2017    
ABŞ Mərkəzi Hava Qüvvələri komandiri general-leytenant Cefferi Harriqian, Yəmən ərazisindən Səudiyyə Ərəbistanına atılan ballistik raket skandalında İran izlərinin olduğunu deyib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Harriqian Dubayda jurnalistlərə verdiyi açıqlamasında qeyd edib.

Harriqian, raketin Yəmənə necə gətirildiyini araşdırılacağını da vurğulayıb.
Açıqlama ilə bağlı rəsmi Tehran tərəfindən heç bir reaksiya verilməyib.

Qeyd edək ki, iki gün öncə Ağ Ev İranın bölgədəki fəaliyyəti qınayaraq, rəsmi Tehranın yaratdığı təhdidlər qarşısında Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə edilən dəstəyin davamlı olacağını bildirmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadın şimal-şərqinə noyabrın 4-də Yəməndən atılan ballistik raket, bu ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Ağ-Ev   Raket  


Bizi "telegram"da izləyin