Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində onlarla insan xəsarət alıb.
Agentliyin kimliyi açıqlanmayan müsahibinin sözlərinə görə, xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Həmçinin 7 yaşayış evi dağıdılıb, yeri sakinlər təxliyə ediliblər.
Ərəb koalisiyası bazar ertəsi Ər-Riyada endirilən raket zərbəsindən sonra Yəmənin dəniz və hava limanlarını bağlayıb. Koalisiya bununla husilərə ballistik raketlərin çatdırılmasının qarşısını alacağına ümid etmədiyini bildirib.
Xatırladaq ki, noyabrın 4-də Yəməndə husi qiyamçıları uçuş məsafəsi 750 kilometr olan raketlə Səudiyyə Ərəbistanında yerləşən hədəflərə zərbə endirməyə cəhd ediblər. Krallığın raket əleyhinə müdafiə sistemləri raketi vura bilib, reketin hissələri isə Ər-Riyad hava limanına və onun yaxınlığına düşüb.
Ağalar Qəribov
Ordu.az