Cənubi Koreyada keçmiş müdafiə nazirini həbs ediblər

2017/11/1508610651345345345_1510382063.jpg
Oxunub: 522     14:33     11 Noyabr 2017    
Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Qvan Çjin kiber təhlükəsizlik bölmələrini müxalifətin imicini ləkələmək üçün istifadə etməkdə təqsirli bilinərək həbs edilib.

Ordu.az “Yonhap News” informasiya agentliyinə istinadən xəbər verir ki, həbs üçün order Seulun Mərkəzi şəhər məhkəməsi tərəfindən verilib. İstintaq nəticəsində, Kim Qvan Çjin müdafiə naziri vəzifəsində olarkən kiber təhlükəsizlik bölmələrini ictimai fikri, həmin dövrdə hakimiyyətdə olan mühafizəkarların lehinə istifadə etməsi qənaətinə gəlinib.

Qeyd edək ki, Kim 2010-cu ildən başlayaraq 3 il yarım ərzində müdafiə naziri vəzifəsini yerinə yetirib.

Kim Qvan Çjini həmçinin müxalifətin imicinə zərbə endirməkdə şübhəli bilirlər. Belə ki, Kim nazir təyin edildikdən sonra əyalətlərdən namizədlik verən ənənəvi şəkildə güclü olan müxalifət nümayəndələri mənfi cavab almağa başlayıblar.

Bütün qeyd edilənlər sübut olunarsa, bu, hərbçilərə siyasətdə iştirak etməyi qadağan edən “Ordu haqqında” qanunun pozulmasını ifadə edəcək. Həmçinin prokurorluq hesab edir ki, təhqiqat nəticəsində keçmiş prezident Li Men Bakın da təqsirli olması üzə çıxa bilər. Çünki müdafiə naziri məhz onun qarşısında hesabat verirdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Həbs  


Bizi "telegram"da izləyin