Şoyqu Suriya ordusunun sonuncu qələbəsini təsdiq edib

2017/11/1503485226_shoygu3453454_1510311477.jpeg
Oxunub: 436     18:57     10 Noyabr 2017    
Suriya qoşunları Əbu-Kamalda terrorçuların sonuncu böyük sığınacağında nəzarəti ələ keçiriblər.

Ordu.az “Voennoe obozrenie” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya və Belarusun hərbi kollegiya iclasında bəyan edib.

Şəhərin azad edilməsi barədə müdafiə nazirinə xəbəri Rusiyanın Suriyadakı komandanı, general-polkovnik Sergey Surovikin iclasın əvvəlində videokoferens əlaqəsilə məlumat verib.

“Hazırda Deyr əz-Zorun, Məyadinin minalardan təmizlənməsi üzrə işlər gedir. Bu gün Əbu-Kamalda – böyük terrorist qruplaşmasının sonuncu sığınacağı və mərkəzində minalardan təmizlənmə əməliyyatlarına başlanılıb. Terrorçuların bir qismi məhv edilib, digər hissəsi isə Fərat çayını keçərək şimala doğru istiqamətləniblər. Ümid edirəm ki, getdikləri yerdə onları layiqincə qarşılayarlar”, - deyə Şoyqu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   SQQ  


Bizi "telegram"da izləyin