Çin lideri: “Çin Asiya-Sakit Okean regionunda sülh və stabilliyin qarantı olaraq qalacaq”

2017/11/1508550062456456456_1510306850.jpg
Oxunub: 572     17:57     10 Noyabr 2017    
“Çin bundan sonra da dinc inkişaf yolu ilə irəliləyəcək və Asiya-Sakit Okean regionunda sülh və stabilliyin qarantı olaraq qalacaq”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının rəhbəri Si Tsinpin Dananqda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində çıxışı zamanı bildirib.

“Biz çinlilər hesab edirik ki, sülh ən dəyərli məhfumdur və bütün ölkələr arasında ahəng olmalıdır. Biz əvvəlki kimi din inkişaf yoluna sadiq qalacağıq. Biz əvvəlki kimi Asiya-Sakit Okean regionunda və onun hüdudlarında sülh və stabilliyin qarantı olacağıq”, - deyə Si Tsinpin qeyd edib.

O həmçinin vurğulayıb ki, Çin ədalət prinsiplərini rəhbər tutaraq digər ölkələrlə əməkdaşlığı inkişaf etdirəcək, bu münasibətlər də qarşılıqlı hörmət, ədalət və qarşılıq fayda üzərində qurulacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin