Ordu.az “Haberturk” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda reyd keçiriblər. Reyd çərçivəsində İŞİD terror qruplaşması ilə əlbir olmaqda şübhəli bilinən 80-dən çox şəxsi saxlayıblar.
Bildirilir ki, saxlanılanlar İraq və Suriyadakı münaqişəli ərazilərə yola çıxmağa hazırlaşan xarici vətəndaşlardır. Əməliyyat İstanbulun fərqli rayonlarında yerləşən 14 ünvanda keçirilib.
Xatırladaq ki, dünən Ankarada keçirilən oxşar əməliyyatla İŞİD-lə əlaqəsi olduğu güman edilən 100-dən çox şəxs saxlanılıb.
Ağalar Qəribov
Ordu.az