Ordu.az “Amerikanın səsi” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okean donanmasının komandanı, admiral Skott Svift məlumat yayıb.
Noyabrın 11-dən 14-dək “Ronald Reydan”, “Nimits” və “Teodor Ruzvelt” zərbə təyinatlı təyyarə daşıyıcıları raket əleyhinə müdafiə, beynəlxalq sularda kəşfiyyat və manevr etmə üzrə birgə tapşırıqlar yerinə yetirəcək.
Svift bildirib ki, manevrlərin məqsədi ABŞ Sakit Okean donanmasının unikal imkanlarını, regionda təhlükəsizlik və stabilliyin qorunması üçün bacarıqlarımızı nümayiş etdirməkdən ibarətdir.
Ağalar Qəribov
Ordu.az