Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payett məlumat yayıb.
“Noyabrın 9-da biz Kritdə alman və yunan silahlı birləşmələri ilə birgə təlimlər keçirəcəyik. NATO məhz budur: müttəfiqlərin birgə vuruşmaq, əməkdaşlıq etmək üçün səmimi şəkildə öhdəliklərini anlaması”, - deyə Payett qeyd edib.
Səfir öz “Twitter” hesabında “Artemis Strike” poliqonunda keçirilən təlimləri izləmək üçün ABŞ quru qoşunlarının Avropa üzrə komandanı, general Beq Hodcesin də gəldiyini yazıb. O, əvvəlcə Afinaya səfər etdiyini qeyd edib.
Kritdə oktyabrın 31-dən başlanan hərbi təlimlərin son mərhələsi keçiriləcək. Təlimlər hər hansı münaqişənin baş verəcəyi təqdirdə raket hücumundan müdafiə imkanlarının artırılması üçün keçirilib.
Ağalar Qəribov
Ordu.az