Son 16 ildə ABŞ müharibələrə 4 trilyon dollar xərcləyib - HESABAT

2017/11/59d29d1a9f7ce_150697500234324_1510218110.jpg
Oxunub: 397     17:01     09 Noyabr 2017    
Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin əkiz qüllərinə edilən hücumdan sonra ABŞ ölkə xaricində müharibələrə 4,3 trilyon dollar xərcləyib.

Ordu.az xəbər verir ki, bu barədə Braun Universitetində Uotson adına Beynəlxalq Araşdırmalar İnstitutunun yaydığı hesabatda bildirilib.

Sənəddə, ABŞ-ın cari münaqişələri nəzərə almaqla 2018-ci ilin sonunadək xərcləri 5,6 trilyona qədər artıra biləcəyi qeyd edilir. Bununla belə, həmin xərclərin bir hissəsinin döyüş fəaliyyəti zamanı yaralanan hərbçilərin sağalması üzrə öhdəliklərə xərclənəcəyi bildirilir.

Hesabatda həmçinin bildirilir ki, son 16 il ərzində hər amerikalı vergi ödəyicisi ABŞ-ın ölkə xaricində həyata keçirdiyi müharibələr üçün orta hesabla 23 368 dollar pul verib.

Bununla belə, hesabat müəllifləri qeyd edirlər ki, Pentaqonun analoji hesabatlarında rəqəmlər daha kiçikdir. Müdafiə Nazirliyinin məlumatına görə, 11 sentyabr hadisəsindən sonra ABŞ müharibələrə 1,52 trilyon dollar xərcləyib və ya başqa şəkildə desək, hər vergi ödəyicisi bu müharibələrə 7 340 dollar vəsait yatırımı edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hesabat   MN  


Bizi "telegram"da izləyin