ABŞ Konqresi Rusiyaya qarşı 4,6 milyard dollar ayırıb

2017/11/32434324_1510212071.jpg
Oxunub: 470     15:17     09 Noyabr 2017    
ABŞ Konqresinin hər iki palatasının silahlı qüvvələr üzrə komitəsi Müdafiə Nazirliyinin 2018-ci maliyyə ili üçün (1 oktyabrda başlayıb) Avropada Rusiyaya məğlub olmamaq məqsədilə 4,6 milyard dollar ayırmaq barədə razılığa gəliblər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələr xəbər yayıblar.

Qanun layihəsinə uyğun olaraq, 4,6 milyard vəsaiti Avropada üstünlüyün saxlanıması məqsədilə NATO üzrə müttəfiqlərin əminliyini artırmaq, bununla da, ABŞ-ın Avropada hərbi üstünlüyünü yüksəltməyə nail olmaq üçün xərcləmək olar. Bu vəsaitin 100 milyon dolları Baltikyanı ölkələrinin müdafiə qabiliyyətini artırmaq üçün istifadə edilə bilər.

Komitədə qərara gəliblər ki, Pentaqonun Rusiya Müdafiə Nazirliyi ilə əməkdaşlığı üçün büdcədən pul ayrılmasına qadağa qoyulsun.
Hazırda, bu qanun layihəsi öncə Nümayəndələr Palatası, sonra isə Konqresin Senatı tərəfindən qəbul edilməli və yalnız bundan sonra onu imzalamaq üçün prezidentə göndərilməlidir. Lakin, layihə hər iki partiya tərəfindən dəstəkləndiyinə görə, bu proses uzun müddət çəkməyəcək.

Əlavə məlumat üçün qeyd edək ki, ABŞ-ın 2018-ci maliyyə ili üçün müdafiə büdcəsinin təxminən 700 milyard təşkil etməsi nəzərdə tutulub. Bu isə, Ağ Evin nəzərdə tutduğundan 26 milyard daha çoxdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin