Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunceli və Hakkari vilayətlərində keçirilən əməliyyatlar çərçivəsində, 20-dən çox PKK terrorçusunun məhv edilməsi barədə bəyanat verib.
Xatırladaq ki, bu gün, daha öncə Türkiyə Baş Qərargahı Hakkari vilayətinə yaxın İraq sərhəddində PKK terrorçuları ilə silahlı toqquşma zamanı 8 nəfərin şəhid olduğu barəsində məlumat yayıb.
Ağalar Qəribov
Ordu.az