Ordu.az-ın Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Şemdinli ərazisindəki yağış və dumandan istifadə edərək, ölkəyə daxil olmaq istəyən terrorçularla hərbçilər arasında toqquşma baş verib. Nəticədə, 6-sı əsgər, 2-si kənd qarovulu olmaqla 8 nəfər şəhid olub. Terroçulardan isə, 5 nəfər zərərsizləşdirilib.
Sağ qalan terrorçular isə, İraq ərazisində gizlənməyə müvəffəq olublar.
Qeyd edək ki, regionda antirerror əməliyyatları davam edir.
Ağalar Qəribov
Ordu.az