“Suriya böhranını Rusiya və İran həll edəcək” – Xamenei

2017/11/orig-1509571374c240fadfe3985e96b9e0ab48412ee9b2534534_1509605486.jpeg
Oxunub: 605     14:50     02 Noyabr 2017    
İranın Ali Dini Lideri Əli Xamenei Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə, Suriya böhranını yalnız Tehran və Moskvanın sıx əməkdaşlığının davam etdirilməsi nəticəsində tənzimləməyin mümkün olduğunu bildirib.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Xamenei Suriyada İranla Rusiya arasında əməkdaşlığının müsbət təcrübə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, Tehranla Moskvanın çətin məsələlərdə birgə qərar verə bildiklərini göstərir.

Qeyd edək ki, dünən Rusiya prezidenti Tehranda keçirilən Rusiya-İran-Azərbaycan sammitində iştirak edib.

Xamenei Rusiya prezidentini güclü şəxsiyyət adlandıraraq qeyd edib ki, Rusiyanın böyük nəticələr əldə etməyə qadir nəhəng dövlət olmasının əsas səbəbi Putinin verdiyi qərarlar və göstərdiyi fəaliyyətlərdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   İran   Rusiya  


Bizi "telegram"da izləyin