Ermənistanda rus hərbçilərinin təlimləri başa çatıb

2017/10/марш-в-ппд24564565_1509434202.jpg
Oxunub: 493     15:16     31 Oktyabr 2017    
Rusiya Federasiyası Silahlı Qüvvələrinin 102-ci hərbi bazasında yekun yoxlamalar başa çatıb. Yekun yoxlamalardan sonra, hərbi bazanın bölmələri 100km məsafəyə hərbi marş keçiriblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.

Yoxlamalara cəlb edilmiş 1000 nəfərədək hərbi qulluqçu və 400 ədəd hərbi texnika “Kamxud” və”Alagöz” təlim sahələrindən daimi yerləşmə məntəqələrinə geri qaytarılıblar.

Hərbi qulluqçular sıra ilə hərəkət zamanı radiasiya, kimya, bioloji təhlükələrdən müdafiə bacarıqlarını məşq ediblər. Zəhərli kimyəvi maddə tətbiq edən şərti diversiya qruplarının hücumunu dəf ediblər. Məşğələlər zamanı, çox məqsədli "Mİ-8MT" və "Mİ-24P" hücum helikopterləri atəş dəstəyi veriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Ermənistan  


Bizi "telegram"da izləyin