Təhlükəli addım: ABŞ ATƏT-in Minsk qrupundan çıxır?

2017/10/434534534534brayza_1509429612.jpg
Oxunub: 437     14:00     31 Oktyabr 2017    
"Tramp administrasiyası Dağlıq Qarabağ münaqişəsinə yüksək səviyyədə diqqət ayırmır. Bu, prezident Trampın ABŞ rəhbərliyinin dünyada rolunu azaltmaq istəməsi və dövlət departamentində ciddi büdcə azalmaları səbəbindən irəli gəlir. Ehtimal olunur ki, ABŞ və Rusiya sülh naminə Minsk qrupu vasitəsilə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarını konkret bir layihə ilə təmin etmək üzərində iş apara bilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Cənubi Qafqaz məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk qrupunun amerikalı keçmiş həmsədri, Tallində müdafiə araşdırmaları beynəlxalq mərkəzinin direktoru Metyu Brayza Dağlıq Qarabağ münaqişəsində Ağ evin mövqeyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Minsk qrupunda ABŞ-ın həmsədr vəzifəsinin ixtisara salınması qaçılmazdır və eyni zamanda təhlükəli addımdır.

"Belə bir addım boşluğa səbəb ola bilər, bu da Misnk qrupunun fəaliyyətinin iflasa uğraması ilə nəticələnə bilər. Bunun nəticəsi isə, gərginliyin artması və son olaraq müharibəyə gətirib çıxara bilər. Büdcə baxımından bu addım əsassızdır, çünki ABŞ-ın həmsədr vəzifəsinin xərclərini ABŞ höküməti yox, ATƏT ödəyir" -deyə Brayza bildirib.

O, Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin nizamlanması üzrə real danışıqları bərpa etdiklərini də qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Qarabağ   ABŞ  


Bizi "telegram"da izləyin