Ohanyanın arvadı Sarkisyan haqqında: "Yadıma gəlir, o vaxt ordudan necə yayınırdı"

2017/10/17_10_30_1509351295_1509385405.jpg
Oxunub: 415     01:43     31 Oktyabr 2017    
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın arvadı, erməni hərbi həkimləri assosiyasiyasının sədri Ruzanna Xaçatryan sosial şəbəkə səhifəsində gizli mətnlə yüksək vəzifəli şəxslər haqqında açıqlamalarla dolu yazı yazıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq bir neçə gündür yazının müzakirələrindən də məlum olur ki, söhbət indiki müdafiə naziri Vigen Sarkisyandan gedir.

Lakin, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan doğrudan da yazının Vigen Sarkisyan haqqında olub olmadığına dair şərh verməkdən imtina edib.

Ruzanna Xaçatryanın yazısında qeyd edilib: “...Özündən razı, barmağını silkələyərək hərbi xidmət, hərbi xidmətə bərabər çağırış, dövlət üçün əhəmiyyətli digər məsələlərə çarə tapan bir yüksək vəzifəli məmur məni təəccübləndirir. Mənim xatirələrim məni 18 il geri aparır. Mən Erebuni tibb mərkəzinin Fransız diş müayinəsində işləyirdim və o adamı müalicə etmişəm, 25 ilə yaxındır şəxsən tanıyıram.

Yadıma gəlir o vaxt ordudan necə yayınırdı, hərbi polisin onu necə axtardığını xatırlayıram. Atası oğlunu hərbi polisin axtarışından xilas etmək üçün, yüksək vəzifəli hərbçinin məsləhətçisi olan rəfiqəsinə müraciət etmişdi. Mən o vaxt, o qızında dişlərini müalicə edirdim və xatırlayıram ki, “qayğıkeş” rəfiqəsi, əgər səhv etmirəmsə o zaman müdafiə nazirinin müavini olan Şirxanyanın vasitəsilə onu cəzadan xilas etdi.... Bu gün isə, o, guya böyük filosof, böyük müəllim, müxtəlif tribunalardan barmağını silkələyərək, gənc nəslə tərbiyəvi məsləhətlər verməyə cəhd edir...”

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin