İran genişmiqyaslı hərbi təlimlərə başlayır

2017/10/13960808111127201235657434343_1509383960.jpg
Oxunub: 452     01:16     31 Oktyabr 2017    
İran İslam Respublikası Hərbi Hava Qüvvələri (IRIAF) çərşənbə axşamı döyüş silahlarını sınaqdan keçirmək üçün təlimlər planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə general Məsud Rosxoş bu gün Tehranda təşkil edilmiş mətbuat konfransında jurnalistlərə bildirib.

Təlimlər zamanı, onlarla bombardmançı təyyarə, yüksək ağırlıqlı təyyarə, hərbi nəqliyyat təyyarəsi, rabitə və kəşfiyyat təyyarələri, tanker təyyarəsi və pilotsuz uçuş aparatlarından istifadə planlaşdırılır.

İranlı general, ayrıca ölkənin akademik və sənaye mərkəzləri tərəfindən inkişaf etdirilən və ya təkmilləşdirilmiş müxtəlif müdafiə sistemləri və silahların Müdafiə Nazirliyinin iki günlük məşqləri zamanı nümayiş ediləcəyini söyləyib.

Məsud Rosxoş, həmçinin təlimdə yerli istehsal olan ağıllı bombalardan, eləcə də lazer və radarlarla təchiz olunmuş raketlərdən də istifadə olunacağını vurğulayıb.

Leyla Behbudlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin