Erməni nazir gizlinləri açdı: "Hərbi kreditdən sonra xüsusi razılaşmalar imzalancaq"

2017/10/456456456456_1509363688.jpg
Oxunub: 463     19:40     30 Oktyabr 2017    
Ermənistan hökuməti ilin sonuna qədər Ermənistan-Rusiya hərbi razılaşmasını imzalayacaq. Buna görə, Rusiya Ermənistana 100 milyon dollar həcmində kredit verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Aysor.am saytına Ermənistan maliyyə naziri Vardan Aramyan bildirib.

"Biz müqaviləni bu il ərzində imzalayacaq və gələn il onu tətbiq edəəcəyik"- deyə erməni nazir əlavə edib.

Aramyanın sözlərinə görə, sazişin imzalanmasından sonra iki ölkənin müdafiə sistemləri arasında xüsusi razılaşmalar imzalanacaq.

"Bu mövzuda bəzi gizlilik var və xüsusi məhsul növləri haqqında danışılmır, yəni ictimai deyil. Nə zaman reallaşmağını deyə bilmərəm, çünki onlar artıq "Rosoboronexport" ilə işləməlidirlər. Maliyyə müqaviləsinə gəldikdə isə, bu hissə barədə mən və mənmim həmkarlarım, prosesin bu ilin sonana qədər bitirməyə çalışacağımızı demişəm", - deyə Aramyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Rusiya   Müqavilə  


Bizi "telegram"da izləyin