Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə 30 oktyabr tarixində Ermənistan parlamentində jurnalistlərlə ənənəvi görüşü zamanı parlamentin “Yelk” fraksiyasının katibi Qevorq Qorqisyan deyib. Onun sözlərinə görə, gəncləri orduya düzgün qaydada çağırmalıdırlar.
"Qoyun insanlar öz elmi işləri ilə məşğul olsunlar. Biz bilirik ki, elmi fəaliyyətlə əlaqədar çağırışçıların 8-10 % ordudan azad edilir. Digərləri ordudan necə azad olurlar, bunu aydınlaşdırmaq lazımdır", - deyə o, bildirib.
Xatırladaq ki, keçən həftə Ermənistan parlamenti ilk oxunuşla təhsildə möhlət hüququnun ləğv edilməsini nəzərdə tutan qanun dəyişikliyini qəbul edib. Ermənistan parlamentində təmsil olunan qüvvələrdən yalnız “Yelk” fraksiyası qanun layihəsinin əleyhinə çıxış edib.
Alpər Mövludoğlu
Ordu.az