Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan jurnalistlərlə görüşü zamanı deyib.
Bununla bağlı, Paşinyan Vigen Sarkisyandan ətraflı izahat verməsini tələb edib: "Belə bir ehtimal yaranıb ki, xanım Ruzanna Xaçatryan öz yazısında Vigen Sarkisyanı nəzərdə tutub. Çox yaxşı olardı ki, müdafiə naziri Vigen Sarkisyan 1992-ci ildə hərbi xidmətə çağırılmamasının dəqiq səbəblərini şifahi yox, yazılı şəkildə izah etsin".
"Nazirin hərbi xidmətinin necə keçdiyinə aydınlıq gətirməsi vacibdir. Vigen Sarkisyanın rəsmi tərcümeyi halında yazılıb ki, o, 2000-2002-ci illərdə Ermənistan silahlı qüvvələrində xidmət edib. Hərbi xidmətini həmin dövrdə müdafiə naziri olan Serj Sarkisyanın ofisində referent olaraq keçirdiyinə aydınlıq gətirməlidir.
Bütün xidmətini kabinetlərdə keçirən müdafiə naziri tərəfindən könüllü hərbi xidmətə gedənlərin könüllü vəsiqəsini şübhə altına almağa və ya başqa cür təqdim etməyə çalışması başa düşülən deyil", - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az