Ali Baş Komandana yeni səlahiyyətlər verilir

2017/10/1497989955_32455_1509356298456456_1509358493.jpg
Oxunub: 401     18:13     30 Oktyabr 2017    
Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir.

Ordu.az AzVision.az saytına istinadən xəbər verir ki, “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr edilir.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Dəyişiklik Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Bizi "telegram"da izləyin