Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan, rəsmi İrəvanın Moskva ilə ilin sonuna kimi 100 milyon dollar dəyərində olan yeni müdafiə kreditini imzalayacağına ümid edir.
Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Ermənistan hökuməti sazişi təsdiqlədi. Həllik imzalanma ilə bağlı konkret tarix yoxdur. Ümid edirəm ki, bu ilin sonuna kimi baş tutacaq”.
Qeyd edək ki, oktyabrın 12-də Ermənistan parlamenti Rusiyanın Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayırması barədə sazişi imzalayıb.
Müqaviləyə əsasən, kreditin istifadə edilmiş məbləği 15 il ərzində (2023-2037-ci illər ərzində) illik 3 faizlə ödəniləcək. Ermənistanın veriləcək kreditdən 2018-2022-ci illər ərzində istifadə edəcəyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az