Ermənistan ordusunda cinsi zorakılıq faktı - FOTO

2017/10/488380204_s2342344_1509350495.jpg
Oxunub: 427     15:58     30 Oktyabr 2017    
Erməni əsgər ona qarşı edilən cinsi xarakterli davranışlardan sonra, intiqam məqsədilə xidmət yoldaşına atəş açıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prokurorluğunun yaydığı məlumatda bildirilib.

2017-ci il mayın 10-da Ermənistan müdafiə nazirliyinin N nömrəli hərbi hissəsinin müdafiə zolağında yerləşən döyüş mövqeyində açılan atəş nəticəsində, həlak olmuş kiçik çavuş Qaqik Mesropyanın istintaq araşdırması yekunlaşıb. İş Tavuş vilayət məhkəməsinə göndərilib.

İttihama görə, müddətli xidmət hərbi qulluqçusu Aram Hakobyan 2017-ci ilin 28 aprel tarixindən 12 may tarixinədək müşahidəçi kimi döyüş növbətçiliyinə (erməni ordusunda ön xəttdə döyüş növbətçiliyi aparan şəxsi heyətin yerdəyişməsi 14 gündən bir həyata keçirilir) cəlb edilib.

Növbətçilik zamanı, Qaqik Mesropyanınm silahı götürülüb. Mesropyan Hakobyanın ünvanına təhqiramiz, cinsi xarakterli söyüşlər səsləndirib. Bundan sonra, intiqam almaq məqsədilə Hakobyan şüurlu şəkildə Draqunov Snayper tüfəngindən Qaqik Mesropyan istiqamətinə bir dəfə atəş açaraq onu yaralayıb. Nəticədə, Qaqik Mesropyan Berd rayonunda yerləşən hərbi hospitala aparılarkən yolda ölüb.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Güllələnmə   Cinsi-istismar  


Bizi "telegram"da izləyin