Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda ümumi təyinatlı dövlət xidmətləri üzrə xərclərin 46.5 mlrd dram artırılması əsasən müdafiə sahəsi ilə bağlı olub.
Belə ki, 2018-ci il üçün Ermənistan dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan xərclər 246.9 mlrd dram təşkil edir. 2017-ci ildə bu təyinat üzrə xərclər 209.8 mlrd dram təşkil edib.
Qeyd edək ki, 2017-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2018-ci il üçün Ermənistan müdafiə sahəsinə ayrılmış xərclər 37.1 mlrd dram və ya 17.7% artırılacaq.
Alpər Mövludoğlu
Ordu.az