Dünən, saat 19:10 radələrində, Sisyan-Şenqavit magistralının 13-cü sektorunda, "VAZ-2106" markalı 35 FD 090 nömrəli avtomobil, "UAZ-3152" markalı LO 560 nömrəli avtomobillə toqquşub.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində "06"da olan 55 yaşlı Serjik Hovhannisyan yerindəcə ölüb, 31 yaşlı Norayr Hovhannisyan isə, ağır vəziyyətdə Sisyan tibb mərkəzinə aparılıb. Lakin, Hovhannisyan da şüursuz vəziyyətdə ölüb.
Qeyd edək ki, ölən şəxslər ata və oğul (Norayr Hovhannisyan) olub. Bunan başqa, Hovhannisyanın müqaviləli hərbi qulluqçu olduğu bildirilir. Onlar, Sünik vilayətinin Sisyan bölgəsinin Noravan kəndində yaşayırdılar və hadisə toy mərasimindən qayıdarkən baş verib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-ordusu
Qəza
Ölüm