Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 11:00 radələrində, Sünik vilayətinin Qafan-Mehri yolunun Lick kəndinin inzibati ərazisində Ermənistan müdafiə nazirliyinə məxsus ՊՆ 7933 Շ ( ՊՆ- müdafiə nazirliyi, Շ-sıra, nizami avtomobil mənasına gəlir) dövlət nömrə nişanlı ZİL markalı və 53 TT 111 dövlət nömrə nişanlı Mercedes markalı avtomobillər toqquşub.
Məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Mehri tibb mərkəzinə aparılıb. Hazırda, sürücü və yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az