Ermənistanda təlimlərə 100-dən çox rus snayperi cəlb edilib

2017/10/img213041734534_1509125542.jpg
Oxunub: 462     01:29     28 Oktyabr 2017    
Ermənistanda yerləşən rus hərbi bazasının snayper bölməsinin hərbi qulluqçuları, 2017-ci ilin yay tədris dövrünün yekun yoxlamaları çərçivəsində dağlıq ərazidə təkbətək döyüşlər keçiriblər.

Ordu.az erməni KİV-lərinə istinədn xəbər verir ki, “Alagöz” sınaq təlim mərkəzində dəniz səviyyəsindən 2000 m yüksəklikdə, mürəkkəb iqlim şəraitində və tanış olmayan ərazidə snayper hərbi qulluqçular taktiki təlim yekun yoxlama yarışları keçiriblər.

Yekun yoxlamalarına hazırlaşarkən birləşmənin snayperləri praktiki olaraq xüsusi taktiki və atəş hazırlığı üzrə normativləri yerinə yetiriblər. Hərbi qulluqçular optik cihazlardan istifadə etməklə, 1500 m uzaqlıqdan şərti düşmənin daha vacib hədəflərini izləyiblər.

“Təkbətək” döyüşlər ərzində iki qrupa bölünən snayperlər şərti düşmənin qanunsuz silahlı birləşmələrinin diversiya qruplarının atəşlə məhv edilməsi, təzyiq altına alınması və məhv edilməsi normativlərini yerinə yetiriblər. Snayperlər həmçinin yüksək dağlıq qayalıq şəraitində maskalanma və aşkar edilmiş daha vacib hədəflərə nişan atəşlərinin açılması tapşırıqlarını yerinə yetiriblər. Yekun yoxlamalara rus hərbi bazasının ümumən 100-dən çox snayperi cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Snayper   Təlimlər  


Bizi "telegram"da izləyin