Fərarilik edən erməni nazir və deputatlar - Daha bir SİYAHI

2017/10/upload-2016-04-03t132503z_923542599_gf10000369892_rtrmadp_3_nagorno-karabakh-fighting-pic905-895x505-82188345345_1509108910.jpg
Oxunub: 474     20:44     27 Oktyabr 2017    
Ermənistan ordusunda xidmət etməyən, lakin dövlət aparatında vəzifələr tutan "ulduzlar" anidən hökümətin gizli kabinetlərində peyda olub. Ermənistan hökümət administrasiyasının kadr ehtiyyatı araşdırılarkən bir çoxlarının tərcümeyi-halında hərbi xidmət haqqında məlumatın olmadığı məlum olur.

Belə ki, Ermənistan baş naziri Karen Karapetyandan başlayaq. O, özünü elmə "həsr etdiyinə" görə, hərbi xidmətdə olmayıb. Tərcümeyi-halında hərbi mükəlləfiyyət barədə heç nə yazılmayıb, əksinə 1989-cü ildə iqtisadi elmlər namizədi adını alıb.

Ermənistan baş nazirinin müavini Hayk Zöhrabyanın da tərcümeyi-halında hərbi xidmətlə bağlı bir şey yazılmayıb. 26 yaşlı Zöhrabyan evli deyil və elmi dərəcəyə də malik deyil. Deməli, ailə vəziyyətinə və ya elmi dərəcəsinə görə də hərbi xidmətdən azad edilə bilməzdi. Lakin, o, 2013-2014-cu illərdə bizneslə məşğul olub, 2016-2017 baş müdir olub. 28 fevral 2017-ci il tarixindən etibarən isə, baş nazirin köməkçisi təyin edilib.

Karapetyanın sevimli, növbəti gənc kadrlarından biri mətbuat katibi Aram Araratyandır. O, da hərbi xidmət keçməyib və 30 yaşı çatmayıb. Xarici ölkələrdə oxumaqla orduda xidmət etməkdən yayınıb.

İran mənşəli erməni olan Karapetyanın ictimai əlaqələr üzrə məsləhətçisi, Armen Avakyan isə, ilk ali təhsilini Ermənistanda aldıqdan sonra, təhsilinə Macarıstanda davam edib. O, “Hayastan” fondunun icraçı direktorunun müavini vəzifəsini tutsa da xidmət etməyib.

Erməni baş nazirin ictimai əlaqələr üzrə digər məsləhətçisi Aleksandr Xaçatryanın da hərbi xidmət haqqında danışmağa sözü yoxdur. O, da heç bir elmi ada malik deyil. Ermənistanda təhsil aldıqdan sonra, növbəti təhsilini ABŞ-da davam etdirib. 2010-cü ilə qədər möhlət hüququ alan, Xaçatryan hüququn başa çatması ardından xaricə təhsil almağa yollanıb.

Erməni ordusunda mülki aviasiya baş idarəsinin rəisi Sergey Avetisyan da xidmət etməyib. Ermənistanda təhsil alan Avedisyan hazırda iqtisadi elmlər namizədidir. O, rabitə və nəqliyyat nazirinin müavini Artaşes Avetisyanın oğludur.

“Hayastan” ümumerməni fondunun icraçı direktoru 40 yaşlı Ara Vardanyan 4 müxtəlif ölkədə təhsil layihələrində iştirak edib. 2005-ci ildə medalla təltif edilib və erməni ordusunda xidmət etməyib.

Erməni ordusunda qulluq etməyənlərin siyahısını araşdırılarkən, Serj Sarkisyanın administrasiyası da nəzərdən qaçmayıb. Sarkisyanın mətbuat katibi Vladimir Hakopyanın tərcümeyi-halında isə, onun 2003-2005-ci illərdə erməni ordusunda komputer, rabitə mərkəzinin texniki operatoru kimi xidmət etdiyi göstərilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin