Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan deyib.
“Gərək etiraf edək ki, bu ikinci qrup imtiyazlıların vacib silahdaşlarından biri, elə rüşvətli ali təhsil sistemdir. İndi elə təsəvvür yaranıb ki, burda problemin həlli tapılıb və biz bu imtiyazlıların problemini həll edirik” - deyə Paşinyan qeyd edib
O, qeyd edib ki, son günlərdə müdafiə nazirliyinə sorğu göndərib və məxfi cavab alıb. “Belə ki, mən burada rəqəmlər deyə bilmərəm, ümumi təəsüratımı deyə bilərəm. Ermənistanda xeyli adam ordudan azad edilir. Bu elə bir rəqəmdir ki, baxırsan lakin bilmirsən gözlərinə inanasan ya inanmayasan. Ordudan azad edilən 100 nəfərdən 90 nəfəri səhhətinə, yalnız 10 nəfəri akademiya möhlətinə görə azad edilir. Bu akademik möhlətlə azad edilənlərdən razıyam, 5 nəfər bu imtiyazlı qrupdandır. Bəs 90 nəfər azad edilənlərdən yarısı qoyun xəstə olsun, qalan 45 nəfər isə korrupsiya sahəsi ilə bağlıdır.
Ermənistanda hara gedirsən ordudan azad edilən insanlarla doludur. Birinin miningiti, digərinin qulağının xroniki böyüməsi var. Beləcə davam edir. Yəni, bizim 100 faizlik problemimizin 90 faizi səhiyyə sahəsi ilə bağlıdır. İndi biz bu qanun layihəsi ilə bu problemi həll edirik? Xeyr həll etmirik”.
Nikol Paşinyan çıxışında dedi ki, cari ilin yanvar ayına olan məlumata görə ermənistanda 12698 nəfər axtarışdadır. Onlardan 11286 nəfər ordudan yayındığına görə axtarışdadır. Yəni, axtarışda olanların 88 faizi ordudan qaçan şəxslərdir. 2014-cü ildən belə şəxslərin sayı 110 nəfər artıb.
“Bu adamlar nədən qaçırlar? Biz hər dəfə deyirik ki, bununla ədaləti təmin edirik. Ancaq insanlar sağa baxır hərbi xidmət keçməyən, sola baxır xidmət etməyəni görür. O, başa düşmür nə üçün xidmət etməlidir. Beləliklə bu ləyaqət məsələsinə çevrilir” -deyə Paşinyan əlavə edib.
O, layihə ilə bağlı nazirlik tərəfindən müsbət cavab verildiyini təəccüblə qarşılamayıb: "Mən biraz düşündüm, problemin nədən ibarət olduğunu dərk etdim. Və təəcüblü heç bir şey yoxdur. Çünki, fəaliyyətdə olan müdafiə naziri üzün müddət Bağramyan 26-da (Ermənistan prezidentinin iqamətgahı nəzərdə tutulur) olub və çox ehtimal olunur ki, qeyd olunan məsləni o, kurasiya edib. Ermənistanda müxtəlif partiyalara, siyasi xadimlərə və deputatlara zəng edib soruşublar ki, onlar lehinədir ya əleyhinə, acdırlar yoxsa yuxuları gəlir. Cənab nazir bundan sonra “Yelk” fraksiyası ilə görüşün. Sizə hər şeydən əvvəl "restart" vermək lazımdır. Ümumiyyətlə əgər daha diqqətli olsanız, görərsiniz ki, həqiqətdə səhv zeng etmisiniz” deyə erməni deputat bildirib.
Alpər Mövludoğlu
Ordu.az