Ordu.az xəbər verir ki, bu barədə erməni aktivist Aram Manukyan "Facebook" səhifəsində yazıb. O, Sarkisyan rejiminin Ermənistanda bəzi məmurlardan yaxa qurtarmaq üçün, onların orduda xidmət etməməsi faktından istifadə etdiyini bildirib.
"Bizim məmurların böyük əksəriyyətinin orduda qulluq etmədən yüksək vəzifələr tutması ictimai səs küyə səbəb olub. Mətbuatda davamlı olaraq, orduda qulluq etməyən məmurların siyahısı dərc edilir. İnsanlar, uşaqlarımızın onların övladlarının var-dövlətlərini nəyə görə qorumağa getməli olduqları barədə təəccüblərini gizlətmirlər.
Dəfələrlə qeyd etmişəm ki, Ermənistan kimi müharibə şəraitində olan ölkəyə xidmət etməkdən kim yayınıbsa, həmin məmurun vətənpərvərlikdən, ölkənin çiçəklənməsindən danışmağa haqqı yoxdur. Ali təhsil müəssisələrinin magistratura pilləsinin pulsuz yerlərini orduda xidmətdən yayınan məmurların övladlarının tutduğunu kim bilmir?" - deyə Manukyan qeyd edib.
Sosial şəbəkə istifadəçisi, Ermənistanı dəyişməyin yeganə yolunu orduda xidmət etməyən vəzifəlilərin istefasında görüb: "Əgər qanunun buna yol verdiyinə güvənsək, bəs o zaman nə üçün məmur övladları elmə xidmət etməyiblər? Orduda xidmətdən niyə azad edildiklərini indi onlara xatırlatmaq lazımdır.
İndi həmin məmurların yaşı imkan verirsə 18 yaşlı əsgərdən daha təcrübəli olduqlarına görə gedib ön xəttdə xidmət etsinlər. Əgər vəzifələrinin aşağı endiriliməsi, vəzifədən azad edilməsi kimi ciddi tədbirlər görülsə cəmiyyət bunu alqışlayar. İnsanlar könüllü silah təhvil verdiyi kimi, məmurların da silahı vəzifəsidir. Qoyun könüllü silahlarını təhvil versinlər. Onlardan azad olmağın, ölkəni dəyişməyin yeganə düz yolu budur."
Alpər Mövludoğlu
Ordu.az