Erməni əsgərin intihar etməsi ilə bağlı detallar AÇIQLANDI

2017/10/1481197054_ermeni-intihar-yeni235345_1509095826.jpg
Oxunub: 430     17:15     27 Oktyabr 2017    
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrin birində güllələnən Hraç Ararat Avedisyanın işi üzrə aparılan istintaq çərçivəsində, bir sıra əhəmiyyətli detallar aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi tərəfindən yayılan məlumatda bildirilib.

İstintaq tədbirləri nəticəsində, Avedisyanın xidmət yoldaşları tərəfindən ona qarşı zorakılıq edildiyi aşkarlanıb. Belə ki, bir neçə əsgər Avedisyanın qollarını tutaraq, ona qarşı zərbələr endirib və təhqir ediblər. Nəticədə, təhqir və zorakılıqlara dözməyən erməni əsgəri intihar edib.

Xatırladaq ki, Xaçatryan oktyabrın 20-də saat 17:20 radələrində, ona təhkim edilən "AK-74" tipli avtomatla başının ön nahiyəsindən atəş açaraq intihara cəhd edib. O, Xankəndi hərbi hospitalına aparılsa da, yolda keçinib.

Hazırda, istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İntihar   Erməni-ordusu  


Bizi "telegram"da izləyin