ABŞ-ın nüvə silahı ölkədə yerləşdirilməyəcək - Yunanıstan XİN

2017/10/1509030363_9da491ef9a6afb818aff23eea1856c00e69669423453_1509033891.jpg
Oxunub: 360     00:00     27 Oktyabr 2017    
Yunanıstan hökuməti Krit adasındakı Suda körfəzində yerləşən amerikan bazasına dair müqaviləni uzatmamaqla yanaşı, ABŞ nüvə silahının öz ərazilərində yerləşdirilməsini də müzakirə etmir.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Kotzias açıqlama verib.

Son zamanlar mətbuatda ABŞ nüvə silahının Yunanıstan ərazisində yerləşdiriləcəyinə dair məlumatlara fikir bildirən nazir bildirib: “Belə mövzu mövcud deyil. Bu, müzakirə olunmur”.

O, həmçinin qeyd edib ki, Vaşinqtonla Suda körfəzində yerləşən bazaya görə, hər il yeni bir illik müqavilə imzalanır. Avqust ayında sözügedən müqavilə 2018-ci ilin noyabrına qədər uzadılıb. Lakin, nazir ABŞ səfərindən sonra vəziyyətin dəyişməsinə dair məlumatların həqiqəti əks etdirmədiyini deyib.

“Hazırda, nə nüvə silahının yerləşdirilməsi, nə də “Suda” bazası müzakirə mövzusu deyil”, - deyə Kotzias bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nüvə-silahı   Yunanıstan  


Bizi "telegram"da izləyin