Ordu.az xəbər verir ki, bunu 2026-cı il iyunun 29-da “Vətəndaş Müqaviləsi” Partiyasının mərkəzi qərargahı qarşısında jurnalistlərə açıqlamasında Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.
O bildirib ki, rəhbər orqanda vəzifələrə namizədlər seçilərkən hər zaman qapalı və gizli səsvermə keçirilir: “Müzakirələr aparılır, sonda isə idarə heyətinin üzvləri öz mövqelərini bildirirlər”.
Jurnalistin “Alen Simonyanın fəaliyyətindən narazı idiniz ki, onu dəyişmək qərarına gəldiniz?” sualına cavabında Torosyan bunları deyib: “Mən Alen Simonyanın fəaliyyətini çox yüksək qiymətləndirmişəm və indi də yüksək qiymətləndirirəm. O, ölkəmizin tarixində ən yaxşı parlament sədri olub”.
Alpər Mövludoğlu
Ordu.az