Paşinyanın komanda yoldaşından hərbi xidmətlə bağlı qalmaqallı iddia: “Bütün futbolçuların ürəyində problem var”

2026/06/1782747079.jpg
Oxunub: 246     19:23     29 İyun 2026    
“Oğluma tibbi müayinələrin nəticələrinə əsasən mövcud qanunvericiliyə uyğun möhlət verilib və gələcəkdə yenidən müayinədən keçiriləcək”.

Ordu.az xəbər verir ki, bunu 2026-cı il iyunun 29-da Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının mərkəzi qərargahı qarşısında jurnalistlərə açıqlamasında partiya üzvü Qnel Sanosyan deyib.

O, mətbuatda oğlunun səhhətindəki problemlərə görə hərbi xidmətdən azad edilməsi, eyni zamanda idmanla məşğul olması barədə yayılan xəbərlərə münasibət bildirib.

“Belə hallarda müəyyən müddətlik möhlət verilir, daha sonra yenidən müayinə aparılır. Dünyada tanıdığınız bütün futbolçuların ürəyində müəyyən problemlər var. Gedin araşdırın. Altı-yeddi yaşından peşəkar futbolla məşğul olan elə bir futbolçu yoxdur ki, ürəyində dəyişiklik olmasın. Səhiyyə Nazirliyinin müəyyən etdiyi meyarlara əsasən peşəkar idmançılarda ürəyin ölçüləri dəyişir və müəyyən standartlara uyğun gəlmir. Hər il onlarla gənc bu səbəbdən möhlət alır. Sadəcə, onların valideynləri tanınmış şəxslər olmadığı üçün bu barədə danışılmır”, - deyə o bildirib.

Sanosyan əlavə edib ki, oğlunun sağlamlıq vəziyyəti barədə bütün ölkə qarşısında danışmaq istəmir: “Valideyn kimi ona dəfələrlə demişəm ki, idmanı dayandırsın, çünki sağlamlıq daha vacibdir. Amma o, altı-yeddi yaşından bu idman növü ilə məşğuldur. Düşünürəm ki, ailə məsələlərimi burada müzakirə etmək düzgün olmaz”.

O, yayılan məlumatlarda bir yanlışlığın da olduğunu vurğulayıb: “Oğlum 2024-cü ildə deyil, 2025-ci ilin yayında möhlət alıb. Həmin vaxt isə mən heç bir vəzifə tutmurdum”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sanosyan  


Bizi "telegram"da izləyin