Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

2025/08/1755698126.jpg
Oxunub: 201     04:12     26 İyun 2026    
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə bir il uzadıb.

Ordu.az xəbər verir ki, bu barədə Şuranın açıqlamasında bildirilir: “Aİ sammitinin qərarına uyğun olaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti bir il uzadılıb”.

18–19 iyun tarixlərində Brüsseldə keçirilən zirvə görüşündə Aİ liderləri Rusiyaya qarşı əsas iqtisadi sanksiyaların müddətinin 2014-cü ildən bəri tətbiq olunan hər altı aydan bir uzadılması praktikasından imtina edərək, bundan sonra onların ildə bir dəfə uzadılması barədə qərar qəbul ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin