ABŞ və İran ərəb ölkələrinə zərbələrə görə kompensasiya ödənilməsini müzakirə edəcək

2026/06/1780424270.jpg
Oxunub: 210     00:37     26 İyun 2026    
Vaşinqton və Tehran növbəti danışıqlar zamanı İranın region ölkələrinə endirdiyi zərbələrə görə kompensasiya ödənilməsi məsələsini müzakirə edəcəklər. Bu məsələni ərəb dövlətləri özləri qaldırmışdı.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Manamada ABŞ və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nazirlər görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

"Onlar yenidənqurma üçün maliyyə vəsaiti istəyirlər. Dəymiş zərərin kompensasiya edilməsini istəyirlər. Düşünürəm ki, qarşılıqlı anlaşma memorandumu üzrə danışıqlar prosesi çərçivəsində bu cür məsələlər müzakirə olunacaq", - o qeyd edib.

Rubionun sözlərinə görə, ərəb ölkələrinin nümayəndələri görüşdə bu məsələni qaldırıblar, lakin hələlik heç bir konkret razılaşma yoxdur: "Bu, onların maraqlı olduqları və bizim hansısa məqamda müzakirə etməli olacağımız məsələlərdən biridir. Lakin bununla bağlı hələ heç bir konkret detal işlənməyib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Rubio  


Bizi "telegram"da izləyin