Tramp: "İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək"

2026/06/1782369157.jpg
Oxunub: 226     06:09     26 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın dondurulmamış aktivlərinin bir hissəsinin Amerikanın kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacağını açıqlayıb.

Ordu.az-ın məlumatına görə, Amerika lideri bu açıqlamanı Ağ Evdə keçirilən tədbirdəki çıxışında verib.

Onun sözlərinə görə, Vaşinqton Amerika fermerləri üçün yeni bazarlar açmağa davam edir və İran tezliklə onlardan biri olacaq.

"Biz onların vəsaitlərinin bir hissəsini götürüb buğda, soya və qarğıdalı almaq üçün istifadə edəcəyik. Bu proses çox tezliklə başlayacaq", - ABŞ Prezidenti deyib.

Tramp həmçinin qeyd edib ki, İran bazarının açılması Amerika fermerləri üçün satış imkanlarının genişləndirilməsi istiqamətində daha bir addım olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin