"Reuters": "Moskva" NEZ-in fəaliyyətinin bərpası 2027-ci ilə qədər uzana bilər

2026/05/1779355395.jpg
Oxunub: 174     17:33     24 İyun 2026    
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində zədələnmiş "Moskva" neft emalı zavodu (NEZ) ən azı altı ay fəaliyyət göstərməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın Moskva vilayətinin ən böyük yanacaq tədarükçüsü olan zavod iyunda iki PUA hücumundan sonra ciddi zədələnib ki, bu da onun fəaliyyətinin dayandırılmasına səbəb olub.

"Təmirə ən azı yarım il lazım olacaq", - məlumatda qeyd olunub.

Agentlik vurğulayır ki, müəssisənin fəaliyyətinin dayanması Rusiyanın yanacaq çatışmazlığının aradan qaldırılması istiqamətində səylərini çətinləşdirə bilər.

Son məlumatlara görə, 2024-cü ildə "Moskva" NEZ-də 11,6 milyon ton neft emal edilib, 2,9 milyon ton benzin və 3,2 milyon ton dizel yanacağı istehsal olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   NEZ  


Bizi "telegram"da izləyin