Ordu.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş dövlət sanitar həkimi, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişşenko iyunun 24-də keçirilən videokörpü zamanı bildirib.
O, Ermənistan məhsullarının Rusiyaya idxalına qoyulan məhdudiyyətlərlə bağlı suala cavab verərkən qeyd edib ki, Ermənistandan göndərilən məhsullar ümumilikdə yüksək keyfiyyətə malikdir və bu barədə heç bir şübhə yoxdur.
Bununla belə, Onişşenko vurğulayıb ki, məhsulların keyfiyyətinə həm fermer təsərrüfatlarında, həm də anbarlarda daimi nəzarət edilməlidir.
“Əlimdə konkret faktlar yoxdur, lakin Avrasiya İqtisadi Birliyi səviyyəsində fəaliyyət göstərən komissiya mövcuddur. Düşünürəm ki, onlar yaxın vaxtlarda bu məsələni həll edəcəklər. Onlar nə etmək lazım olduğunu bilirlər”, - deyə ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az