Ordu.az xəbər verir ki, nazirliyin sosial şəbəkə hesabında yayımlanan məlumatda təlimin 2026-cı il iyunun 3-19-da Norveç, İsveç və Finlandiyanın ev sahibliyi ilə keçirildiyi bildirilib.
Məlumata görə, Türkiyə təlimdə 5 ədəd F-16 qırıcısı, bir KC-135R tanker təyyarəsi və bir E-7T Havadan Erkən Xəbərdarlıq və Nəzarət təyyarəsi ilə iştirak edib.
Nazirlik qeyd edib ki, müttəfiq hava qüvvələrinin çəkindirmə qabiliyyətini və qarşılıqlı fəaliyyət imkanlarını maksimum səviyyəyə çatdırmağı hədəfləyən “Ramstein Flag-2026” təlimi uğurla tamamlanıb.
Açıqlamada vurğulanıb ki, qabaqcıl taktiki ssenarilərin və müasir hava müharibəsi doktrinalarının tətbiq olunduğu təlim zamanı Türkiyə hərbçilərinin intizamı, texnologiyaya uyğunlaşma bacarığı və strateji peşəkarlığı bir daha özünü göstərib.
“Polad qanadlarımızla hər zaman vəzifəyə hazırıq”, - deyə məlumatda qeyd olunub.
Nazirlik təlimə aid fotoları da ictimaiyyətlə bölüşüb.
Sevinc Əliyeva
Ordu.az