Milli elektro-optik hədəfləmə sistemi TOYGUN ilə hədəf tam dəqiqliklə vuruldu - VİDEO
Oxunub: 258
16:35
24 İyun 2026
“Bayraktar” KIZILELMA pilotsuz döyüş təyyarəsindən ASELSAN tərəfindən hazırlanan aşağı radara görünmə qabiliyyətli TOYGUN elektro-optik hədəfləmə sistemi ilə həyata keçirilən sınaq atışlarında LGK-82 və TEBER-82 tuşlama dəstləri hədəfi tam dəqiqliklə vurub.
Ordu.az xəbər verir ki, bu barədə BAYKAR məlumat yayıb.
Məlumata görə, “Bayraktar” KIZILELMAnın keçirdiyi sınaq atışları zamanı hədəfin aşkarlanması və işarələnməsi TOYGUN milli elektro-optik hədəfləmə sistemi vasitəsilə həyata keçirilib.
Sınaqlar çərçivəsində ASELSAN istehsalı LGK-82 və ROKETSAN tərəfindən hazırlanan TEBER-82 tuşlama dəstləri ilə sabit yerüstü hədəfə qarşı atış icra olunub və tapşırıq uğurla yerinə yetirilib.
ASELSAN-ın baş direktoru Ahmet Akyol sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “Bayraktar” KIZILELMAnın iti gözü ASELSAN TOYGUN sistemidir.
“Aşağı radara görünmə üstünlüyünü qoruyaraq hədəfin aşkarlanması və işarələnməsi, LGK və TEBER ilə dəqiq zərbə endirilməsi. Bu uğur milli mühəndisliyimizin çatdığı səviyyənin və güclü əməkdaşlığımızın konkret göstəricisidir. Əməyi keçən bütün komandaları ürəkdən təbrik edirəm”, - deyə Akyol qeyd edib.
ROKETSAN-ın baş direktoru Murat İkinci də öz növbəsində bildirib ki, “Bayraktar” KIZILELMAdan həyata keçirilən sınaq atışı zamanı TEBER-82 tuşlama dəsti hədəfi uğurla məhv edib.
“Birgə hazırladığımız milli texnologiyalarımızla gücümüzə güc qatmağa davam edirik”, - deyə İkinci vurğulayıb.