Türkiyə Baş Qərargah rəisi Monqolustanın müdafiə naziri ilə görüşüb

2026/06/Ekran-1782303940.jpg
Oxunub: 193     16:19     24 İyun 2026    
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlu Monqolustanın müdafiə naziri Batlut Damba ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Məlumata görə, Monqolustanın müdafiə naziri Batlut Damba Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin rəsmi dəvəti ilə ölkədə səfərdədir.

Görüş Türkiyə Baş Qərargahının qərargahında baş tutub.

Açıqlamada bildirilib ki, tərəflər ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşə dair fotolar da ictimaiyyətə təqdim olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Monqolustan  


Bizi "telegram"da izləyin