Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.
Məlumata görə, Ermənistan Ədliyyə Nazirliyi artıq Ali Məhkəmə Şurasına müraciət edərək Farxoyanın intizam məsuliyyətinə cəlb olunmasını tələb edib.
Müraciətə iyunun 25-də saat 15:15-də baxılacaq. İntizam icraatının hansı əsasla başlandığı barədə məlumatın yaxın günlərdə açıqlanacağı bildirilir.
Qeyd edək ki, Karen Farxoyanın icraatında Levon Köçəryan, Baqrat Srbazan və digər şəxslərlə bağlı bir sıra səs-küylü işlər olub.
Alpər Mövludoğlu
Ordu.az