Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"Əgər bu məlumat yalan çıxarsa, danışıqlar dərhal dayandırılacaq!", - o bildirib.
D.Tramp həmçinin Birləşmiş Ştatların İrana pul vəsaiti verdiyi və ya ona məxsus aktivləri blokdan çıxardığı barədə xəbərləri təkzib edib.
Bununla yanaşı, ABŞ lideri bildirib ki, Vaşinqton ABŞ-nin nəzarətindəki dondurulmuş İran vəsaitlərinin bir hissəsini İran üçün ərzaq alınmasına istifadə etmək niyyətindədir.
Onun sözlərinə görə, vəsaitlər qarğıdalı, buğda və digər kənd təsərrüfatı məhsullarının müstəsna olaraq ABŞ istehsalçılarından alınmasına yönəldiləcək.
D.Tramp qeyd edib ki, İranın ərzağa kəskin ehtiyacı var.
Ordu.az