İsrail Livan məsələsinin ABŞ-İran danışıqlarına daxil edilməsini səhv hesab edir

2026/06/1782221298.jpg
Oxunub: 183     17:19     23 İyun 2026    
İsrail Prezidenti İsxak Hersoq ABŞ və İran arasında aparılan danışıqlarda Livan məsələsinin müzakirə olunmasını yanlış addım adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

Hersoq qeyd edib ki, İsrail və Livan arasında saziş çox qısa müddətdə imzalana bilər, çünki tərəflər arasında ərazi mübahisələri yoxdur.

Onun sözlərinə görə, prosesin qarşısında duran əsas maneə “Hizbullah” təşkilatıdır və İranın Livan-İsrail münasibətlərinin tənzimlənməsinə cəlb edilməsi böyük səhvdir.

İsrail Prezidenti vurğulayıb ki, Təl-Əviv bu narahatlığını artıq ABŞ tərəfinə çatdırıb.

Qeyd edək ki, ABŞ və İran arasında imzalanan memorandum bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. İyunun 21-də İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqlarda Livan məsələsinin həlli üçün ayrıca işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan   ABŞ   İran  


Bizi "telegram"da izləyin