Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Arman İssetov Brüsseldə "Qarşılıqlı əlaqə gündəliyi" platformasının işə salınmasına həsr olunmuş konfransda bildirib.
"Qarşılıqlı əlaqənin inkişafı sayəsində biz dənizə çıxışı olmayan ölkə statusundan nəqliyyat dəhlizləri vasitəsilə qlobal bazarlarla əlaqəli dövlətə doğru irəliləyirik", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, nəqliyyat, enerji və rəqəmsal qarşılıqlı əlaqənin inkişaf etdirilməsi Mərkəzi Asiya və Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilir.
O qeyd edib ki, iştirakçı ölkələr marşrutun buraxılış qabiliyyətini genişləndirir, infrastrukturu modernləşdirir, gömrük və inzibati prosedurları rəqəmsallaşdırırlar.
Nəticədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə ölkə ilə Avropa dövlətləri arasında yüklərin çatdırılma müddəti artıq 38 gündən 14–18 günə qədər azalıb. İssetovun sözlərinə görə, indi məqsəd 10–12 günlük tranzitdir.
Ordu.az