Ordu.az xəbər verir ki, bu barədə “CBS News” danışıqlarda iştirak edən diplomatlara istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar başlayan zaman ilk iclasda İsrail-“Hizbullah” qarşıdurması da müzakirə olunacaq.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens şənbə günü İsveçrəyə yollanıb. İran nümayəndə heyəti isə artıq ölkəyə çatıb.
Danışıqlarda Qətər və Pakistan nümayəndələri də vasitəçi qismində iştirak edirlər.
Bununla belə, nə İsrail, nə “Hizbullah”, nə də Livan hökuməti İsveçrədə keçirilən danışıqların birbaşa iştirakçıları deyil.
Telekanalın qiymətləndirməsinə görə, İsrail ilə “Hizbullah” arasındakı münaqişənin danışıqların gündəliyinə daxil edilməsi və bu məsələnin İranla müzakirə olunması ABŞ strategiyasında müəyyən dəyişikliklərin baş verdiyini göstərir.
Sevinc Əliyeva
Ordu.az