"İran və ABŞ arasında bugünkü iclas yekun razılaşmaya başlanğıc müzakirələridir" - Bəqai

2025/07/1753692734.jpg
Oxunub: 205     13:30     21 İyun 2026    
Bu gün İsveçrədə İran və ABŞ arasında keçiriləcək iclas iki tərəf arasında yekun razılaşmanın əldə olunması üçün başlanğıc müzakirələrdir.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün İsveçrədə İran mediasına açıqlamasında deyib.

“Bu gün İsveçrədə İran və ABŞ arasında müzakirələrin iki turda keçirilməsi planlaşdırılıb. Bu iclas yekun razılaşmanın əldə olunması istiqamətində müzakirələrin başlanğıcı hesab olunur”, - deyə o bildirib.

Onun sözlərinə görə, vasitəçilərlə dialoq heç də əhəmiyyətsiz olmayacaq və hər bir vasitəçi anlaşma memorandumun icrasına şərait yaradacaq.

Bəqai bildirib ki, İran tərəfi anlaşma memorandumunun pozulması halları ilə əlaqədar məsələləri açıq şəkildə bəyan edir. İran və ABŞ arasında imzalanan anlaşma memorandumunun 1-ci müddəası çox aydın mesajı özündə ehtiva edir və çox önəmli müddəadır. Livanda qarşıdurmanın dayanması çox önəmlidir. Ötən gündən qarşıdurma zəif şəkildə dayanıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin