İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır

2026/05/1778134697.jpg
Oxunub: 194     04:02     19 İyun 2026    
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinə nüvə obyektlərinə daxil olmağa icazə vermək niyyətindədir.

Ordu.az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Uitkoff bunu iyunun 18-də keçirilən qapalı brifinqdə ABŞ Konqresinin üzvlərinə bildirib.

Agentliyin mənbələrinə görə, xüsusi nümayəndə deyib ki, İran nüvə obyektlərini yoxlamaq və Tehranın zənginləşdirilmiş material ehtiyatlarının yerini və uçotunu müəyyən etmək üçün BAEA mütəxəssislərini dəvət etmək niyyətindədir.

Eyni zamanda, Uitkoff vurğulayıb ki, agentlik müfəttişlərinə giriş Vaşinqton və Tehran arasında anlaşma memorandumunda nəzərdə tutulmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uitkoff   İran   BAEA  


Bizi "telegram"da izləyin